1988-ci ildən başlayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə tarixdə çox az analoqu olan ən dəhşətli və faciəli hadisələrdən biri Qarabağın ən qədim yaşayış məntəqələrindən olan Xocalıda baş verən soyqırım idi. Xocalı faciəsi XX əsrin ən qorxunc və misilsiz vəhşiliklə törədilən Xatin, Xirosima kimi faciələrlə eyni səviyyədə dayanır.
Xocalı Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşir.
1992-ci ilin qanlı faciəsinə qədər Xocalının əhalisi 7 min nəfər idi. Ermənistanın məlum hadisələr zamanı Ermənistandan, qonşu Xankəndidən qovulmuş bir çox azərbaycanlı və 1989-cu ildə Fərqanadan sürgün edilmiş məsxəti türkləri də burada məskunlaşmışdı.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə silahsız və müdafiəsiz Xocalı şəhərinə hücum etdi. Şəhər erməni qoşunları tərəfindən mühasirəyə alındı, ardınca artilleriya və ağır hərbi texnika ilə amansızcasına atəşə tutuldu. Şəhərin müdafiəçiləri və yerli əhali şəhəri tərk etməyə məcbur oldu. Fevralın 26-da səhər saat 5-də şəhər erməni işğalçıları tərəfindən ələ keçirildi.
Bir gecədə qədim Xocalı yerlə-yeksan edildi.
Şəhəri tərk etməyə m Jade Empire мəcbur olan yerli sakinlər dağlara, meşələrə qaçdılar. Hər yerdə erməni silahlıları dinc əhalini gülləbaran edir, amansızcasına qətlə yetirirdilər. Beləliklə, soyuq və qarlı fevral gecəsində çoxsaylı qızlar və qadınlar əsir düşdü, girov götürüldü. Erməni silahlarından qaçaraq meşələrə, dağlara sığınan insanların çoxu soyuqdan və donmadan həlak oldu.
Erməni cinayətkar qüvvələrinin vəhşilikləri nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürüldü, 487 nəfər şikəst oldu, 1275 dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir düşərək ağlasığmaz erməni işgəncələrinə, təhqirlərə və alçaldılmalara məruz qaldı. 150 nəfərin taleyi bu günə qədər məlum deyil.
Bu, həqiqi soyqırım idi. Xocalıda öldürülən 613 nəfərdən 106-sı qadın, 63-ü uşaq, 70-i qoca idi.
Xocalı faciəsində 8 ailə tamamilə məhv edildi, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi.
Bu cinayətdə 56 nəfər xüsusi amansızlıq və vəhşiliklə öldürüldü. Onlar diri-diri yandırıldı, başları kəsildi, üzlərinin dərisi soyuldu, körpələrin gözləri oyuldu, hamilə qadınların qarınları süngü ilə deşildi. Ermənilər hətta ölüləri belə təhqir etdilər...
Azərbaycan dövləti və xalqı Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq.
Avropa Yəhudiləri İcmasının üzvləri STMEQİ fondunun nümayəndələri ilə birlikdə Xocalı şəhidlərinin xatirəsini yad edərək, həlak olanların xatirə abidəsinə gül dəstələri qoydular.