2025-ci il mayın 10-da müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli şəxsiyyət və dünya miqyasında tanınmış siyasi xadim Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü tamam olur.
Heydər Əliyev Azərbaycanın müstəqil və güclü dövlət kimi inkişafında və formalaşmasında müstəsna rol oynamışdır. 1993-cü ilin iyununda xalqın çağırışı ilə respublika rəhbərliyinə qayıdan Böyük Lider Heydər Əliyev ölkəmizi dövlət müstəqilliyini itirmək təhlükəsindən və vətəndaş qarşıdurmasından xilas etmiş, dərin siyasi, iqtisadi və sosial böhranın qarşısını almağı bacarmışdır.
Ümummilli Liderin zəngin irsi bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu strateji xətt ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadiyyatın davamlı inkişafında və xalqımızın rifahının yüksəldilməsində mühüm nailiyyətlərə yol açmışdır.
Böyük Lider Heydər Əliyevin işıqlı xatirəsi həmişə Azərbaycan xalqının qəlbində yaşayacaqdır.