Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri İlham Heydər oğlu Əliyevə
Avrasiya Yəhudi Konqresinin liderləri və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan olunmasının 29-cu ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Bu əlamətdar gündə Azərbaycan xalqına sülh və firavanlıq, Sizə isə möhkəm cansağlığı, respublikanı ədalət və qanunçuluq yolu ilə idarə etməkdə uğurlar arzu edirəm!
Azərbaycan tolerant, multikultural və çoxkonfessiyalı bir dövlətdir. Tarixi irsini və ənənələrini müasir dünyanın ümumbəşəri dəyərlərinə açıqlıqla birləşdirərək, ölkəniz mədəni və dini dözümlülük modeli ola bilər. Yəhudilər əsrlərdir Azərbaycanda antisemitizmə məruz qalmadan yaşayırlar. Dövlətin dəstəyi və antisemitizmə qarşı mübarizə sayəsində yəhudi icması Azərbaycan ərazisində fəal şəkildə inkişaf edib. Qeyd etmək istərdim ki, AYK (Avrasiya Yəhudi Konqresi) da uzun illərdir Azərbaycandakı icma həyatına dəstək göstərir və bu istiqamətdə əldə olunan nəticələri diqqətlə izləyirik.
Cənab Prezident, İsrail Dövləti ilə Azərbaycan arasında dövlət, iqtisadi və mədəni əlaqələrin qurulmasında göstərdiyiniz səylərə görə Sizi səmimi qəlbdən minnətdarlıqla yad edirik.
Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə sülh yolu ilə həll olunacağına ümid etdiyimizi bildirmək istəyirəm. AYK münaqişənin bütün iştirakçılarını danışıqlar masasına qayıtmağa və silahlı qarşıdurmaya son qoymağa çağırır. Biz, həmçinin, bütün beynəlxalq qüvvələri regionda sülhün bərqərar olması və münaqişəyə cəlb olunmuş tərəflər arasında mehriban qonşuluq münasibətlərinin bərpası üçün mümkün töhfəni verməyə səsləyirik. AYK münaqişə qurbanlarına görə dərin hüznlə başsağlığı verir və dinc əhalinin əziyyət çəkməsindən təəssüf hissi keçirir.
Azərbaycan xalqına səmimi qəlbdən dinc səma və rifah arzulayırıq.
Avrasiya Yəhudi Konqresinin Prezidenti