DataLife Engine / 9 Av və yahudi qəbirsanlığı

9 Av və yahudi qəbirsanlığı

Bu il 3 avqusta təsadüf edən yəhudi xalqının matəm günü — 9 Av ərəfəsində Avropa Yəhudiləri İcması, Gürcü-səfarad yəhudiləri icmasının iştirakı və dövlət qurumlarının köməyi ilə köhnə yəhudi qəbiristanlığında genişmiqyaslı təmizlik işləri həyata keçirmişdir. Xüsusilə 9 Av günündən əvvəlki son gün qəbiristanlıqda 35 nəfər çalışıb. Dövlət qurumlarının icazəsi ilə işlər zamanı yararsız və aşmış onlarca qoca ağac kəsilmiş, onlarla yük maşını dolusu tullantı ərazidən daşınmışdır.

Yəhudi icmaları işlərin həyata keçirilməsinə icazə verdikləri və qiymətsiz dəstək göstərdikləri üçün dövlət qurumlarına dərin minnətdarlıqlarını bildirirlər. Qəbiristanlığın böyük ərazəsini nəzərə alaraq təmizlik işləri gələcəkdə də davam etdiriləcək.

Mənbə: Еврей из Баку
5-08-2025, 17:32
Вернуться назад