Шалом, дорогие друзья!
Şalom, əziz dostlar!
Çox yaxın zamanda biz yəhudi ilinin ən şən bayramı olan Purimi qeyd edəcəyik! Biz çox istərdik ki, bir araya gəlib bu bayramı birgə sevinclə qeyd edək, lakin bu günkü şərait bunu mümkün etmir.
Bununla belə, biz çox istəyirik ki, Bakıda yaşayan hər bir yəhudi ailəsi Purim bayramının sevincli atmosferində iştirak etsin. İcmamız sizin üçün Purim bayramına xüsusi bayram bağlamaları – mişloax manot hazırlayıb.
Əgər siz də bu hədiyyəni almaq istəyirsinizsə, xahiş edirik, anketi doldurun.
TƏLƏSİN, HƏDİYYƏLƏRİN SAYI MƏHDUDDUR!
Hörmətlə və ürəkdən,
Bakı şəhəri yəhudi icması