DataLife Engine / Fransa Parlamenti deputatlarından ibarət nümayəndə heyəti Avropa Yəhudiləri Sinaqoqunu ziyarət edib

Fransa Parlamenti deputatlarından ibarət nümayəndə heyəti Avropa Yəhudiləri Sinaqoqunu ziyarət edib


23.03.2021-ci il tarixində 44 günlük Vətən müharibəsi zamanı azad edilmiş ərazilərə səfərdən öncə, Purim bayramı ərəfəsində Azərbaycanda səfərdə olan Fransa Parlamenti deputatlarından ibarət nümayəndə heyəti Bakıda yerləşən Avropa Yəhudiləri Sinaqoqunu ziyarət etmişdir.

İcmanın sədr müavini Yevgeni Brenneysen nümayəndə heyəti üzvlərinə Azərbaycanda yəhudi icmasının həyatı, tarixi, Azərbaycan yəhudilərinin döyüşlərdə iştirakı və Purim bayramına hazırlıqları barədə məlumat vermişdir.

Nümayəndə heyətinin üzvlərinə xatirə hədiyyələri təqdim olunmuşdur. Görüşdə icmanın digər üzvləri də iştirak etmişlər.










23-03-2021, 12:37
Вернуться назад