DataLife Engine / Mədəniyyət paytaxtına – Şuşaya səfər

Mədəniyyət paytaxtına – Şuşaya səfər


10–11 iyun tarixlərində Azərbaycanda yaşayan müxtəlif konfessiyaların nümayəndələrindən ibarət böyük bir nümayəndə heyəti 2-ci Qarabağ müharibəsi zamanı erməni işğalından azad olunmuş, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərini ziyarət edib.

Heyətin tərkibində yəhudi icmalarının da nümayəndələri yer alıblar: Avropa Yəhudiləri İcmasından – İcma sədri Aleksandr Yakovleviç Şarovski, İcmanın İdarə Heyətinin üzvü Arkadi Qersoviç Pitelman və Dağ Yəhudiləri İcmasından nümayəndələr.

Onlar erməni işğalının nəticələri və hökumətimiz tərəfindən Şuşanın bərpası ilə bağlı aparılan genişmiqyaslı işlərlə tanış olublar.

Şuşada məsciddə Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə dua mərasimi keçirilib.

Nümayəndə heyəti Şuşaya yenicə çəkilmiş yol ilə gedib və şəhərdə yeni inşa edilmiş "Xarıbülbül" otelində qalıb.

Bu faktlar və nümayəndə heyətinin şahidi olduqları hər bir şey bir daha sübut edir ki, biz torpaqlarımıza əbədi olaraq qayıtmışıq və onu Prezident İlham Əliyevin rəhbərliyi ilə yenidən dirçəldəcəyik!








24-07-2021, 20:44
Вернуться назад