DataLife Engine / "Babiy Yar" Holokostun simvollarından birinə çevrildi

"Babiy Yar" Holokostun simvollarından birinə çevrildi


2021-ci il oktyabrın 5-də alman faşistləri tərəfindən Babi Yar adlı yerdə 34.000-dən çox yəhudi, eləcə də digər millətlərin nümayəndələri (çingenələr və sovet hərbi əsirləri) qətlə yetirilməsinin 80 ili tamam oldu.
Babi Yar Holokostun simvollarından birinə çevrilib. Bakıdakı Avropa Yəhudiləri Sinaqoqunda Babi Yarda günahsız şəkildə qətlə yetirilmişlərin xatirəsinə dualar oxundu.

Anım mərasimində Ukraynanın Azərbaycandakı səfirliyinin nümayəndələri – səfirliyin birinci katibi Georgi Selski, üçüncü katibi Oleksandr Dorofiyev, Azərbaycandakı Ukrayna diasporasının üzvləri, Avropa və Dağ Yəhudiləri icmalarının üzvləri iştirak etdilər. Dualar zamanı xatirə şamları yandırıldı.

Günahsız öldürülənlərin xatirəsi əbədi olacaq!















6-10-2021, 14:51
Вернуться назад