DataLife Engine / Zəfər Gününün birinci ildönümü ilə təbrik edirik!

Zəfər Gününün birinci ildönümü ilə təbrik edirik!

Azərbaycanın çoxmillətli xalqlarını Zəfər Gününün birinci ildönümü ilə təbrik edirik!

28 uzun il boyunca bu böyük günü gözlədik! O günü ki, Azərbaycan Ordusu Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında zəfər bayrağını Azərbaycan mənəviyyatının beşiyi, ölkəmizin mədəniyyətini əsrlər boyu zənginləşdirmiş görkəmli şəxsiyyətlərin vətəni olan Şuşa şəhəri üzərində dalğalandırdı!

Azərbaycanın bütün xalqları birləşərək vandalların və qarətlilər işğalından Qarabağın azad olunması uğrunda mübarizəyə qalxdı! İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı tarixinin parlaq səhifələrindən biridir! Bütün qüvvələrini səfərbər edən Azərbaycan xalqı bu şanlı missiyanı yerinə yetirdi.

ZƏFƏR GÜNÜMÜZ MÜBARƏK!



9-11-2021, 13:29
Вернуться назад