DataLife Engine / İcma ilə “Dostluq Fondu” rəhbərlərinin görüşü

İcma ilə “Dostluq Fondu” rəhbərlərinin görüşü


2021-ci il 12 noyabr tarixində Avropa Yəhudiləri Sinaqoqunda “İsrailə repatriasiya prosesinə dəstək” mövzusunda mini-konfrans keçirildi. Tədbir, ölkəmizdə səfərdə olan “Dostluq Fondu”nun rəhbərləri Rejina Lyaş Reznikova və Moiz Sustiel tərəfindən aparıldı.

Konfransda Hesed Gerşon təşkilatının himayəsində olan şəxslər və İcma üzvləri iştirak etdilər. Görüş iştirakçıları “Dostluq Fondu”nun rəhbərlərindən onları maraqlandıran suallar üzrə vacib və faydalı məlumatlar əldə etdilər.

Konfrans 2 saat 30 dəqiqə davam etdi.





15-11-2021, 16:06
Вернуться назад