DataLife Engine / Azərbaycan müsəlmanlarının rəhbərindən təbrik

Azərbaycan müsəlmanlarının rəhbərindən təbrik


Sizi və Sizin simanızda Azərbaycan Avropa yəhudiləri icmasının bütün üzvlərini işıqlı Pesax bayramı münasibətilə ürəkdən təbrik edir, sizə möhkəm cansağlığı və firavanlıq arzulayıram.

Ulu Tanrının mərhəməti ilə, Azərbaycanda müxtəlif dinlərin və məzhəblərin nümayəndələri arasında ənənəvi dözümlülük, qarşılıqlı anlaşma və hörmət mühiti hökm sürür.

Biz hamımız, dini və milli mənsubiyyətimizdən asılı olmayaraq, bu doğrudan da qardaşlıq münasibətlərini möhkəmləndirmək və inkişaf etdirmək naminə birgə səylər göstəririk, çətinlikləri birlikdə dəf edirik, sevincimizi bölüşürük, müqəddəs bayramlarımızı birlikdə qeyd edir, bizə belə böyük bir nemət bəxş etmiş Uca Yaradanımıza həmd-səna edirik!

Hörmətli Aleksandr Yakovleviç!
Sizi bir daha yəhudi xalqının əziz bayramı münasibətilə təbrik edir, möhkəm cansağlığı, əmin-amanlıq və rifah arzulayıram!



19-04-2022, 11:29
Вернуться назад