DataLife Engine / Başsağlığı

Başsağlığı


Semyon Borisoviç İxiilov Azərbaycanın və öz xalqının, öz icmasının səmimi vətənpərvəri idi. O, bütün həyatı boyu Azərbaycanda yaşayan yəhudilər və digər xalqlar və konfessiyalar arasında həmrəylik, dinc birgəyaşayış və dözümlülüyün simvolu olaraq qalmışdır.

Uzun illər ərzində o, Bakı Dağ Yəhudiləri Dini İcmasına rəhbərlik etmiş və Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamışdır.

2000-ci ildə ümummilli lider Heydər Əliyev Semyon İxiilovu Vətənin ən yüksək mükafatı olan “Şöhrət” ordeni ilə təltif etmişdir.

Bu faciəli hadisə ilə əlaqədar Bakı Avropa Yəhudiləri Dini İcması mərhumun ailə üzvlərinə, qohumlarına və bütün Bakı Dağ Yəhudiləri icmasına dərin hüznlə başsağlığı verir.

Hudo rahmət soxo!

16-05-2022, 11:03
Вернуться назад