2022-ci il mayın 16-da Fransanın paytaxtı Parisdə Fransa Ravvinləri Konqresi keçirilib. Konqresin iclasları Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin binasında baş tutub.
Konqresin təşkilatçılarından və əsas iştirakçılarından biri Bakı Avropa Yəhudiləri İcmasının baş ravvini Şneor Seqal olub. O, çıxışı zamanı yəhudilərin Azərbaycanın ictimai həyatında iştirakından və Prezident cənab İlham Əliyev və ölkə hökuməti tərəfindən həyata keçirilən multikulturalizm siyasətindən bəhs edib.
Azərbaycanın Fransadakı səfiri cənab Rəhman Mustafayevə göstərdiyi dəstəyə görə təşəkkürümüzü bildiririk.