2022-ci il mayın 27-də Bakıdakı Avropa Yəhudiləri Sinaqoqunda Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyəti qəbul edildi.
Qrupun tərkibinə Kanada parlamentinin üzvləri – Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Filip Lourens (Philip Lawrence), Ceymi Şmeyl (Jamie Schmale) və Erik Melillo (Eric Melillo) daxil idi. Nümayəndə heyətinin səfəri Kanada Azərbaycanlıları Şəbəkəsinin (NAC) təşəbbüsü və sədri Anar Cahangirlinin rəhbərliyi ilə təşkil olunmuşdu.
Görüş zamanı yəhudi icmasının Azərbaycanın ictimai həyatındakı yeri, ölkə rəhbərliyinin milli və dini münasibətlər sahəsində həyata keçirdiyi siyasət barədə məlumat verildi. Azərbaycan ilə Kanada arasında dostluq münasibətlərinin inkişafı məsələləri müzakirə olundu.