DataLife Engine / Şəhidlərimizin Xatirəsinə

Şəhidlərimizin Xatirəsinə

27 sentyabrda Bakı Avropa Yəhudiləri Dini İcmasının sinagogasında Azərbaycanın şəhidlərixatirəsinə xüsusi yadigar mərasimi keçirilib. Bu mərasimdə 2020-ci il Vətən müharibəsində2022-ci il sentyabrın 12-14-də baş verən hərbi toqquşmalarda şəhid olan igidlərimizin xatirəsi anılıb.

Mərasim Azərbaycan Avropa Yəhudiləri Dini İcmasının Baş Rabbi Şneur Segalın rəhbərliyi altında keçirilib. Dua zamanı şəhidlərimizin ruhları üçün "El Male Rahamim" (Mərhəmətli Allah) mərhəmət duası oxunub.

Mərasimdə vurğulanan əsas məsajlar:

"Rəbb onların ruhlarını Öz səltənətinin qanadları altında qorusun" – dua mətnindən

Rabbi Şneur Segal çıxışında qeyd edib:
"Azərbaycan torpağı uğrunda canını qurban verən bütün şəhidlərimiz – millətimizin qəhrəmanlarıdır. Onların xatirəsini hər zaman hörmətlə yad edəcəyik!"

Bu tədbir bir daha nümayiş etdirib ki, Azərbaycan yalnız çoxmillətli deyil, həm də çoxdinli bir cəmiyyətdir, burada bütün vətəndaşlar Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda bir yerdə durublar.

Şəhidlər ölməz, Vətən bölünməz!
Allah rəhmət eləsin!

28-09-2022, 15:41
Вернуться назад