19 mart tarixində Nyu-Yorkda yəhudi uşaqları üçün 613 əmrin öyrənilməsinə həsr olunmuş "Xidon Səfer ha-Mitsvot" qlobal müsabiqəsinin qran-finalı baş tutdu.
Dünyanın 40 ölkəsindən 300-dən çox şagirdin qatıldığı turnirdə Azərbaycanı təmsil edən Sumqayıt şəhərinin baş rabbinin qızı Feyqi Lixter də uğurla çıxış edərək, müsabiqənin qalibi oldu. İştirakçılar Tövratı dərindən öyrənmələrini və məktəblərində qazandıqları biliklərini nümayiş etdirdilər.
Feyqi Lixter: "Azərbaycanı Xidon turnirində təmsil etmək fürsəti qazandığım üçün fəxr edirəm!" - ifadəsini işlətmişdir.
Yəhudi uşaqları komandalar halında biliklərini nümayiş etdirmək üçün yarışdılar. Tədbiri 250 mindən çox onlayn izləyici canlı olaraq izlədi.