DataLife Engine / 2023-cü il aprelin 5-də Bakıda Four Seasons Hotel-də keçiriləcək Pasxa sederi

2023-cü il aprelin 5-də Bakıda Four Seasons Hotel-də keçiriləcək Pasxa sederi


Pasxa sederi – yəhudi ilinin ən təntənəli və əhəmiyyətli hadisələrindən biridir. Bu axşam biz əcdadlarımızın Misirdəki köləlikdən çıxışını xatırlayır və Qurtuluşumuzu bir çox ayin və göstərişlərlə qeyd edirik. Bu il sizi Bakının dəbdəbəli Four Seasons otelində keçiriləcək bayram süfrəsinə qoşulmağa dəvət edirik ki, tariximizin bu möhtəşəm məqamını birlikdə yaşayaraq yad edək.

Seder zamanı biz Pasxa Ağadasını – Misirdən çıxış haqqında hekayəni, Talmuddan şərhləri, xeyir-duaları və nəğmələri ehtiva edən qədim toplusunu oxuyacağıq. Həmçinin bu axşamın dörd əsas əmrini yerinə yetirəcəyik: yoxsulluq çörəyini simvolizə edən matsa yemək; Misirdən çıxış haqqında danışmaq; Qurtuluşun dörd ifadəsinə uyğun olaraq dörd qədəh şərab (və ya üzüm şirəsi) içmək; və köləliyin acısını xatırladan acı göyərti – maror yemək.

Sizə sevinc, minnətdarlıq və ünsiyyət dolu unudulmaz bir axşam vəd edirik. Sizi 2023-cü il aprelin 5-də saat 19:00-da Bakıda Four Seasons otelində gözləyirik. Bütün suallarınızla bağlı Avropa Yəhudiləri Sinaqoquna (012) 597 91 90 nömrəsi ilə müraciət edə bilərsiniz.


26-03-2023, 14:26
Вернуться назад