Fikir - TÖVRATIN SİRLƏRİNİ YENİDƏN OXUYARKƏN

Fikir - TÖVRATIN SİRLƏRİNİ YENİDƏN OXUYARKƏN


TÖVRATIN SİRLƏRİNİ YENİDƏN OXUYARKƏN
(Diqqətli oxunuş haqqında)

Şübhəsiz ki, oxumaqda izaholunmaz şəkildə sehrli bir şey var: işarələrdən sözlər, sözlərdən ifadələr və kitablar yaranır – insanı maraqlandıra biləcək hər şeydən bəhs edən və ya bir insanın başqa bir insana danışa biləcəyi hər şeyi ehtiva edən. Ancaq xüsusi bir Kitab var – Musanın yazdığı Kitab. Bu Kitabı oxumaq, onu anlamaq, bu böyük Biliklə bağlılığını dərk etmək, diqqətli oxucunu heyrət və heyranlıqla doldura bilər.

Tövratı (Beşkitabı) yenidən oxuyarkən, mətnə dərindən baxdıqda, çox zaman əvvəllər nəzərdən qaçmış və ya kifayət qədər başa düşülməmiş nələrsə tapmaq olar. Amma bəzən kəşflər baş verir...

"ŞMOT" (İBRANİCƏ: ADLAR)/ÇIXIŞ kitabının (28:1–43) fəsilində baş kahinin geyimlərinin təsviri verilir. Bu mövzuya həsr olunmuş çoxsaylı şərhlər, izahlar və müzakirələr mövcuddur – bunları burada təqdim etməyə ehtiyac yoxdur. Xüsusi maraq doğuran bir əşya isə “xoşen” (sinəlik) adlanır. Bu, mufda (əlqızdıran) bənzər şəkildə ikiqat quruluşlu olub, geyimin başqa bir hissəsinə və insanın bədəninə bərkidilmişdi – “ürəyin altında” yerindən tərpənməməsi üçün. Bu mufdada yalnız Musanın sirrini bildiyi "urim və tumim" adlı bir cihaz yerləşirdi. Sinəliyin (xoşenin) xarici tərəfində isə qızıl çərçivələrdə qiymətli daşlar düzülmüşdü. Baş kahin tam geyimdə müqəddəslərin müqəddəsinə (kodeş ha-kodaşim) – müqəddəs sandığın olduğu yerə – daxil olanda və xalq üçün Tanrıya sual şəklində məsləhət və ya göstəriş soruşduqda, bu daşlar bir-bir işıq saçır, üzərlərində həkk olunmuş hərfləri göstərir və həmin hərflər cavab sözlərinə çevrilirdi. Baş kahin isə bu sözləri oxuyaraq yaranan mesajı səsləndirirdi.

Gəlin Kitabın mətninə qayıdaq (həmin fəsil, 28:21):
“BU DAŞLAR İSRAİLOĞULLARININ ADLARINA UYĞUN OLACAQ: ON İKİSİ – ONLARIN ADLARININ SAYINA GÖRƏ, HƏR BİRİNƏ, MÜHÜRDƏ OLDUĞU KİMİ, ON İKİ NƏSLİN ADI HƏKK OLUNACAQ.”

Açar (vurğulanmış) sözlər – “mühürdə olduğu kimi” – tam aydınlıqla göstərir ki, bu yazılar güzgüvari şəkildə – tərsinə həkk olunmuşdur və yalnız hansısa güzgü səthinin köməyilə oxunması mümkün idi (möhürün çapı kimi). Buradan növbəti məntiqi addım atmaq və həmin “güzgü”nü tapmaq qalır. Və yenidən...

...Kitabın mətninə qayıdırıq (həmin fəsil, 28:36):
“TƏMİZ QIZILDAN BİR TACAQ HAZIRLA...”
Bu tac (başqa bir tərcümədə “alına taxılan lövhə”) – orijinal mətnə görə – "tsits" (ivritcə) adlanır və dəqiq sözbəsöz tərcüməsi yoxdur. Müdrik Müəllimlərin şərhlərinə görə, bu, bir neçə santimetr enində, “gicgahlardan gicgahlara qədər” uzunluqda olan nazik qızıl lövhə idi – cilalanıb güzgü kimi parıldayırdı. Xarici tərəfində “Tanrıya müqəddəslik” yazılmışdı, daxili – güzgü tərəfi isə məhz baş kahin tərəfindən sinəlikdəki daşların işıq siqnallarını oxumaq üçün istifadə edilə bilərdi – “həqiqəti açan xoşen” vasitəsilə. Qızıl lövhənin iki kənarında və ortasında dəliklər vardı, və bu dəliklərdən keçirilən tünd göy yun iplərlə başın ətrafından dolaşdırılıb, baş geyiminin (ivritcə "kidar") üzərinə bağlanırdı. Bu tac başın arxasına yaxın hissədə bağlanırdı.

Tac baş geyiminin (kippaya bənzər) üzərinə taxılırdı. Bu “kidar” üçün sözbəsöz tərcümə yoxdur, amma güman etmək olar ki, başı tam örtən sıx, səliqəli papaq idi – müasir kippa (ermolka) üçün prototip. Baş kahinin geyiminin ayrılmaz hissəsi idi (qədim yəhudilərin adət etdiyi baş örtüyü əvəzinə). Bütün detallar olduqca funksional idi. Tacı baş geyimindən (papaqdan) başı açmadan çıxarmaq, güzgü kimi istifadə etmək və sonra yenidən yerinə taxmaq mümkün idi.

*Qeyd etmək yerinə düşər ki, bəzi tərcümələrdə baş geyimi olan “kidar” “türban” (farscadan) kimi çevrilmişdir – ehtimal ki, məşhur Rəmbamın (İbn Meymun) tanınmış portreti ilə assosiasiya edilir. Halbuki, Rəmbam türbanı yəhudi ənənəsinə görə deyil, Qahirədə sultan sarayında sultanın oğlunun şəxsi həkimi statusuna görə geyinirdi. Bundan başqa, türban və çalma uzun parça zolaqlarından ibarət olur və papağın üzərinə sarınırdı – bu isə Baş kahinin geyiminin səkkiz əsas hissəsinin sayını artıra bilərdi, bu isə yolverilməz idi. Bilinir ki, Ur şəhərinin semitləri – cənubi Mesopotamiyanın qədim sakinləri – incə ağ keçədən olan oxşar papaqlar geyinirdilər; peyğəmbər İbrahim də bu cür baş geyimi geymiş ola bilərdi.

Bu şəkildə, xoşendəki işıq siqnallarının alın nahiyəsindəki lövhə (tsits) vasitəsilə oxunması versiyası tam əsaslı görünür – xüsusilə nəzərə alsaq ki, şərhlərdə qiymətli daşlar üzərində güzgü ilə yazılmış yazıların başqa oxunuş üsulları mövcud deyil.

Beləcə, Kitabın mətninə dərindən baxaraq, əvvəllər məlum olmayan və indi sadə və anlaşılan görünən yeni şeylər kəşf etmək mümkündür.

V.-Zeev SLEPAK, a-kohen