DataLife Engine / Pesax bayramına dəstək

Pesax bayramına dəstək


Koronavirus epidemiyası ilə bağlı Azərbaycanda tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində Azərbaycan yəhudi icmaları hər bir yəhudiyə xüsusi diqqət yetirirlər. Bu çətin günlərdə, Peysaq bayramı ərəfəsində, icma yalnız və ehtiyac içində olan üzvlərinə yardım təşkil edib.

27–30 mart tarixlərində icmanın gənc könüllüləri yaşlı və tənha yəhudilərin evlərinə gedərək onlara ərzaq məhsulları və Peysaq üçün matzadan ibarət hədiyyə bağlamaları çatdırıblar. Bu məhsullar STMEGI Fondu tərəfindən təmin olunmuşdur.

Könüllülər Azərbaycanda tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq bütün zəruri sanitar-gigiyenik qoruyucu vasitələrlə (birdəfəlik tibbi maskalar, əlcəklər və s.) təmin olunmuşdular. Onlar gələcəkdə də yaşlı və tənha insanlarla əlaqə saxlayaraq onlara əlavə ərzaq, dərman və s. alış-verişdə kömək göstərəcəklər.

Xüsusi təşəkkürlər aksiya təşkilatçılarından başlıcası – Avropa Yəhudiləri Sinaqoqunun baş ravvini cənab Şneor Seqala və STMEGI Fondunun sədri cənab German Zaxaryayevə bildirildi.












3-08-2020, 17:26
Вернуться назад