E-Stars Proqramı (EUROSTARS)

E-Stars (EUROSTARS) proqramı 17-28 yaş arası gənclər üçün həftəlik proqramdır.
8 ay ərzində gənclər yəhudi xalqının tarixi və ənənələri ilə tanış olurlar. Sentyabrdan maya qədər həftədə bir dəfə olmaqla 35 görüş keçirilir. Leksiyalar və maraqlı həmsöhbətlərlə görüşlər təşkil olunur. Leksiyalardan əlavə, proqramda müxtəlif interaktiv məşğələlər, birgə film izləmələri, musiqi axşamları, intellektual oyunlar və debatlar yer alır.
May ayında proqramın ən fəal iştirakçıları mükafat olaraq 7 günlük Avropa səyahəti qazanırlar.
2017-ci ildə ilk kruiz baş tutdu: Barselona, Sardiniya, Nitsa, Monako, Strez.
2019-cu ildə İtaliya və Xorvatiyaya səfər edildi.