Azad olunmuş ərazilərə səfər

Deməliyik ki, gördüklərimiz bizə çox ağır təsir bağışladı. Sovet dövründə çiçəklənən, bir çoxlarına tanış olan Ağdam şəhəri əvəzinə biz yalnız xarabalıqları gördük – bütöv qalan bir bina belə yox idi. Xüsusilə qeyd etməliyik ki, İkinci Qarabağ müharibəsi zamanı bu ərazilərdə demək olar ki, heç bir döyüş aparılmamışdı. Yəni bütün bu dağıntılar 1992–1994-cü illərdə və sonrakı illərdə baş verib. Həmin illərdə burada həyat fəaliyyəti olmayıb, yalnız Ermənistan ordusunun müdafiə istehkamları tikilib.
Dağıdılmış evlər, içində artıq vəhşi ağacların bitdiyi sahələr, dağıdılmış və yandırılmış məscidlər, hansı ki, mal-qara üçün tövlə kimi istifadə olunub və orada hələ də heyvan nəcislərinin izləri qalıb. Qazılmış qəbiristanlıqlar, dağıdılmış məzar daşları və abidələr...
Bunların hamısını öz gözlərimizlə gördük.
Xüsusilə ağır təəssürat buraxan məqam isə bu oldu ki, bütün səfər boyu demək olar ki, bir dənə də olsun heyvan görmədik. Hər yer bomboş idi!
Bütün yol boyunca – minalanmış əraziləri göstərən xəbərdarlıq nişanları, hər 100–200 metrdən bir Ermənistan ordusuna məxsus müdafiə istehkamları vardı. Elə bil apokalipsis səhnəsinə baxırdıq – hansısa bədii filmdən bir parça kimi.
İnanırıq və ümid edirik ki, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə xalqımız bu dağıntıların öhdəsindən gələcək, bu torpaqları əvvəlkindən daha gözəl və güclü şəkildə bərpa edəcək!