"Makkabi-Azərbaycan"ın 30 illiyi

"Makkabi-Azərbaycan"ın 30 illiyi

Bu il Azərbaycanda "Makkabi-Azərbaycan" idman cəmiyyətinin yaradılmasından 30 il ötür. Bu tarixi qeyd etmək məqsədilə "Makkabi-Azərbaycan" cəmiyyəti Bakı Avropa Yəhudiləri Dini İcması ilə birgə bir sıra mədəni-idman tədbirləri keçirir.

11 sentyabr 2021-ci ildə Bakıda "Azərbaycan - Odlar Ölkəsi, Multikulturalizmin Beşiyi" şüarı altında Beynəlxalq Velosiped Yarışı keçirilib. Yarışa 120-dən çox müraciət daxil olsa da, karantin məhdudiyyətləri səbəbilə yalnız 65 idmançı iştirak edə bilmişdir. Yarış Bakı Dənizkənarı Milli Parkının ərazisində keçirilib.

İştirakçılar 4 kateqoriya üzrə yarışıblar:

  • 21 yaşadək oğlanlar və qızlar

  • 21 yaşdan yuxarı kişilər və qadınlar

Yarışda Azərbaycan, Rusiya, İsrail və Türkiyədən velosipedçilər iştirak ediblər.

Yarışın qalibləri:

  • Kişilər arasında - Əliyev Elvin

  • Qadınlar arasında - İlhamə İsmayılova

  • Oğlanlar arasında - Babayev Cavid

  • Qızlar arasında - Zara Əfqənzadə-Kaplan

Qalib və iştirakçılar xatirə medalları və fəxri fərmanlarla təltif ediliblər.

Yubiley tədbirləri çərçivəsində daha aşağıdakıların keçirilməsi nəzərdə tutulur:

  • "Makkabi Liqası" Streetbol Yarışı (Azərbaycan və digər ölkələrdən komandaların iştirakı ilə, oktyabr-noyabr 2021)

  • "Makkabi Qafqaz Oyunları" Beynəlxalq Cüdo Turniri (dekabr 2021)

  • "Azərbaycan - Odlar Ölkəsi, Multikulturalizmin Beşiyi" şüarı altında Sankt-Peterburqda Beynəlxalq Foto Sərgisi

Tədbirlər Avropa Yəhudiləri İcması tərəfindən sponsorluq edilir.

BROEE sədrinin müavini
Yevgeni Brenneysen