Və qadın gəldi...

26 mart tarixində Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində görkəmli dramaturq, Azərbaycanın xalq yazıçısı Məqsud İbrahimbəyovun əsəri əsasında hazırlanmış çox gözlənilən pyesin premyerası baş tutdu.
Yaradıcı heyət:
-
Rejissor: Azərbaycanın xalq artisti Aleksandr Şarovski
-
Rəssam: SSRİ xalq rəssamı Tair Salahov (1928-2021)
Pyes tamaşaçılar və yaradıcılar üçün xüsusi gözlənti yaratmışdı, çünki tamaşanın hazırlanması koronavirus pandemiyası şəraitində uzun müddət davam etdi. Hətta ciddi karantin şəraitində də teatr truppası onlayn rejimində işləyirdi.
Premyera böyük maraq doğurdu və teatr kassalarında biletlər bütün istəyənlərə çatmadı. Azərbaycan Avropa Yəhudiləri İcması icmanın hesabına 50 icma üzvü üçün, o cümlədən "Xesed Gerşon" yəhudi humanitar təşkilatının 20-dən çox yaşlı himayədarı üçün kollektiv ziyarət təşkil etdi. Bu, onlar üçün unudulmaz təəssüratlar və böyük hədiyyə oldu.
Tamaşa izləyicilər tərəfindən isti qarşılandı, bunu uzun və alqışlar sübut etdi.
Nəhayət, səhnəyə Azərbaycanın xalq artisti, Avropa Yəhudiləri İcmasının sədri Aleksandr Şarovskiçıxaraq qeyd etdi ki, bu tamaşa iki böyük şəxsiyyət - Məqsud İbrahimbəyov və Tair Salahovun xatirəsinə həsr olunub və bu mənalı hadisədə iştirak edən hər kəsə təşəkkürünü bildirdi.