Rosh Ha-Shana 5783

25 sentyabr 2023-cü il (Elul ayının 29-u) tarixində Bakıda, “Foreseason” otelinin restoran zalında Rosh Ha-Shana 5783-cü ilinin qeyd edilməsinə həsr olunmuş icma tədbiri keçirildi.
Təbrik nitqləri ilə çıxış edənlər arasında İsrailin Azərbaycandakı səfirliyinin müavini cənab Doron Peer, Azərbaycan Respublikasının Multikulturalizm Mərkəzinin direktoru cənab Ravan Həsənov, Avropa Yəhudiləri İcmasının sədri, Azərbaycanın xalq artisti cənab Aleksandr Yakovleviç Şarovski və Azərbaycanın Avropa Yəhudiləri İcmasının baş ravvini Şneor Seqal oldular.
Təntənəli hissədən sonra icma üzvləri və xaricdən gəlmiş çoxsaylı qonaqların iştirak etdiyi bayram şam yeməyi təşkil olundu.