Bakıda Avropa Yəhudilərinin Sinaqoqunda Holokost qurbanlarının Anım Günü keçirildi

26 yanvar (5783-cü il, 4 şvat) tarixində Bakıda Avropa Yəhudilərinin Sinaqoqunda Holokost qurbanlarının Anım Günü keçirildi. Anım axşamı Bakıdakı Avropa Yəhudiləri Dini İcmasının baş ravvini Şneor Seqalın rəhbərliyi ilə baş tutdu.
Tədbirdə Avropa Yəhudiləri İcmasının sədri Aleksandr Yakovleviç Şarovski, İsrail Dövlətinin Azərbaycandakı səfiri Corc Dik, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Siyavuş Heydərov çıxış etdilər.
Holokost qurbanlarının xatirəsinə həsr olunmuş bədii kompozisiya ilə Xabad Or-Avner Yəhudi Məktəbinin şagirdləri çıxış etdilər.
Axşamın sonunda anım şamları yandırıldı. Şamları Avropa Yəhudiləri İcmasının sədri Aleksandr Yakovleviç Şarovski, Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, İsrailin Azərbaycandakı konsulu M. İfraimov, Milli Məclisin deputatı A. Rafailov, STMEGI Fondunun nümayəndəsi Ş. Davidov, "Hesed Gerşon" təşkilatının direktoru B. Muşailov yandırdılar.
Anım mərasimində 13 ölkənin səfirləri və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər.
Evgeni Brenneyzen
İcma sədrinin müavini