Azərbaycan Müsəlmanlarının rəhbərindən təbrik

Azərbaycan Müsəlmanlarının rəhbərindən təbrik


Hörmətli Aleksandr Yakovleviç!

Yəhudi xalqının böyük bayramı – Pesax münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı bildirirəm!

Bu xoş fürsətdən istifadə edərək, ümumi Vətənimiz Azərbaycanın firavanlığı naminə aramızda mövcud olan həqiqətən qardaşlıq münasibətlərindən, qarşılıqlı anlayış və əməkdaşlıq səviyyəsindən məmnunluğumu ifadə etmək istərdim.

Zəhmət olmasa, təbriklərimi və xoş arzularımı Sizin ailə üzvlərinizə, yaxınlarınıza, həmçinin Bakı şəhərinin Avropa Yəhudiləri İcmasının bütün üzvlərinə çatdırın.

Sizə möhkəm cansağlığı, uzun ömür, əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,
Şeyxülislam Allahşükür Paşazadə