Four Seasons otelində Peysaq bayramı üçün bayram sederi

Four Seasons otelində Peysaq bayramı üçün bayram sederi


Bakı Avropa Yəhudiləri İcması 5 aprel tarixində icma üzvləri və İsraildən və digər ölkələrdən gəlmiş qonaqlar üçün Four Seasons otelində Peysaq bayramına həsr olunmuş bayram sederi təşkil edib.

Sederdə 200-dən çox iştirakçı yer alıb. Təbrik nitqləri ilə İcma sədri A. Şarovski, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini S. Heydərov, Milli Məclisin deputatı A. Rəfailov və ravvin Şneor Seqal çıxış ediblər.

Eyni zamanda Avropa Yəhudiləri Sinaqoqunda icma üzvləri və gənclər üçün ayrı-ayrı bayram sederləri də keçirilib.