Azərbaycan yəhudiləri haqqında Latın Amerikasında

Azərbaycan yəhudiləri haqqında Latın Amerikasında

Bu mühüm hadisə ilə əlaqədar Avropa Yəhudiləri İcması Latın Amerikası Yəhudi Konqresinə təbrik məktubu göndərmişdir. Əlavə olaraq istəyənlər üçün ispandil kitab pdf formatında (word formatında və məktubun özünü göndərəcəklərini vəd etmişlər).

Hörmətli Latın Amerikası Yəhudi Konqresinin dostları. Azərbaycandakı Avropa yəhudilərinin dini icması sizi Azərbaycan yəhudiləri və onların tarixi haqqında “Los Judios de Azerbaiyán” kitabının nəşri münasibətilə təbrik edir. Covid-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlər tətbiq olunmazdan əvvəl biz dəfələrlə Latın Amerikasından (Uruqvay, Peru, Meksika və s.) yəhudi qonaqları qəbul etmişik. Şənbə yeməklərində Azərbaycan yəhudilərinin irsi üçün mühüm olan kitabın tərtibi üzərində aparılan işlər haqqında eşitmişdik. İndi bu görüşlərin bizim üçün bu qədər mühüm olan kitabın yazılmasına səbəb olduğunu görməkdən məmnunuq, biz Latın Amerikası Yəhudi Konqresini bu kitabın nəşri münasibətilə təbrik etmək və sizə yəhudi mədəniyyətinin dünyada təbliği istiqamətində daha çox uğurlar arzulamaq istəyirik. Xüsusilə qeyd etmək istəyirik ki, Latın Amerikası Yəhudi Konqresi kiçik və uzaq, lakin yəhudi ruhu ilə yaxın olan ölkələrdə, məsələn, bizim Azərbaycanımızda yəhudilərin həyatı və tarixinə diqqət yetirir. Xüsusi təşəkkürümüzü “Los Judios de Azerbaiyán” kitabının müəllifi ravvin İsrael Baruka çatdırmağa icazə verin və ona gələcək işlərində uğurlar arzulayırıq. Biz ravvin İsrael Baruku və Latın Amerikası Yəhudi Konqresinin digər nümayəndələrini Azərbaycan torpağında qonaq etməkdən məmnun olarıq.

Avropa yəhudilərinin dini icmasının idarə heyətinin sədri Şarovski A.Y. Avropa yəhudilərinin dini icmasının idarə heyətinin sədr müavini Brenneysen Y.A. Avropa yəhudilərinin dini icmasının baş ravvini Şneor Seqal


Judios en Azerbaiyan endir